“Jarkoff” bitki yağları

28.12.2022

“Jarkoff” bitki yağları


Rusiyanın 15 ildən çoxdur fəaliyyət göstərən “Sovetsky Maslozavod” müəssisəsi  əsasən yüksək dərəcəli rafinə olunmamış, eləcə də bol vitamin tərkibli günəbaxan və qarğıdalı yağları istehsal edir.

“Aqro-Vest DC” MMC olaraq adıçəkilən şirkətin tanınmış brendlərindən olan “Jarkoff” ticarət nişanlı günəbaxan və qarğıdalı yağlarını, eləcə də 1-2 kiloqramlıq un məhsullarını ölkəmizə idxal edirik.

“Jarkoff” brendinə məxsus yağlar Rusiyanın məhsuldar cənub torpaqlarında yetişdirilən günəbaxan və qarğıdalı bitkilərindən əldə edilir.

Zavod ən son texnoloji, avtomatlaşdırılmış avadanlıqlardan istifadə etməklə yerli və xarici istehlakçıların tələbatını ödəməyə çalışır. Müəssisədə istehsal olunan yağ öz təbiiliyini, keyfiyyətini qorumaqla 7 mərhələli təmizləmədən keçir. Buna görə də “Jarkoff” yağları yüksək keyfiyyət və ürəyəyatımlı dad ənənəsini özündə birləşdirir.

Şirkətin yağları ekoloji baxımdan təmizdir, tərkibində palma, soya və başqa yağ qatqıları yoxdur.

Hazırda yerli bazarda adıçəkilən brendin 0.9, 1.8 və 5 litrlik günəbaxan, eləcə də qarğıdalı yağları müştərilərə təqdim edilir.

“Jarkoff” yağlarını ölkəmizin bütün iri supermarketlərindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bitki yağlarının insan sağlamlığı üçün böyük faydası var. Buna görə də həkimlər hər bir adamın gündəlik yemək rasionunda bitki yağlarına yer ayırmasını qaçılmaz sayırlar.

Xəbərlər

1 / 337
AZ EN RU