“Kolomenskoe" şirniyyatları

28.03.2023

“Kolomenskoe" şirniyyatları

Çörək və şirniyyat sahəsində ixtisaslaşmış "Kolomenskoe" holdinqi Rusiyada nüfuzlu şirkətlərdən biridir.

Şirkətlər qrupu fəaliyyətə 1956-cı ildə başlayıb.

Holdinq gün ərzində 150 ​​tondan çox qənnadı məmulatı istehsal edir.

Şirkət süni qatqılar və konservantlar olmadan xüsusi ekoloji təmiz xammaldan istifadə etməklə istehlakçılara xidmət göstərir.

Daxili laboratoriyada inqredientlərin diqqətlə seçilməsindən tutmuş məhsulların təhlükəsiz şəkildə qablaşdırılmasına, onların araya-ərsəyə gəlməsinə nəzarət edilir.

Holdinqin məhsulları təkcə Rusiya daxilinə deyil, həm də ölkə xaricinə çatdırılır. "Kolomenskoe" məhsullarını alan alıcılar inqredientlərin keyfiyyətinə, təbiiliyinə, həqiqiliyinə əmin ola bilərlər.

 “Aqro-Vest DC” MMC olaraq 2021-ci ildən "Kolomenskoe" brendinə məxsus məhsulları Azərbaycan istehlakçılarına çatdırırıq. Hazırda bu məhsulların sayı 20-dən çoxdur. Onların içərisində bir-birindən dadlı peçenyelər, vaflilər, vafli tortları və s. ayrıca yer tutur.

 

Xəbərlər

1 / 333
AZ EN RU