“Rahat lokum”

19.04.2024

“Rahat lokum”


Rusiyanın “Azov” qənnadı fabrikinin “Rahat lokum” şirniyyatı yaşından asılı olmayaraq hamı tərəfindən sevilir və bu şirniyyat dünyada “Türk lokumu” adıyla tanınmaqdadır.

 Osmanlı dövründə,  Anadoluda 15-ci əsrdə populyarlaşan rahat lokum 17-ci yüzildə çox məşhur şirniyyata çevrilir. Bu məhsul 18-ci əsrdə səyahətçilər sayәsindә Avropada da çox yeyilən şirniyyat olur.

Tələbatın artması ilə həmin yüzildə Osmanlı imperiyasında onun kütləvi istehsalına başlanır. Öncə bal, meyvə siropu, unun qarışdırılmasından düzəldilən rahat lokumun tәrkibi  nişasta və rafinə şəkərin kəşf edilmәsi ilә sonradan dәyişikliyә uğrayır.

  Rahat lokum adətən türk qəhvəsi ilə yeyilir. Hazırda rahat lokum qoz, fındıq, araxis, püstə, darçın, qızılgül və meyvələrlə hazırlanır. 

Xəbərlər

1 / 412
AZ EN RU