Rahat lokum – boğazı rahatladan şirniyyat

09.03.2023

Rahat lokum – boğazı rahatladan  şirniyyat

  İdxal etdiyimiz məhsullardan biri də Rusiyanın “Azovskaya” Qənnadı Fabrikinin “Rahat lokum” şirniyyatıdır. Yaşından asılı olmayaraq hamı tərəfindən sevilən bu şirniyyat dünyada “Türk lokumu” adıyla tanınmaqdadır. Onun başqa bir adı isə “rahat hülqum”dur, yəni hülqumu, boğazı rahatladan.

 Osmanlı dövründə saray mətbəxinin önəmli sirniyyatlarından olan rahat hülqum bir neçə yüzillik tarixә malikdir.

  Anadoluda 15-ci əsrdə yayğınlaşan rahat hülqum 17-ci yüzildə çox məşhur şirniyyata çevrilir. Bu məhsul 18-ci əsrdə səyahətçilər sayәsindә Avropada da çox yeyilən şirniyyat olur. Tələbatın artması ilə 1777-ci ildə Osmanlı İmperiyası dövründə onun kütləvi istehsalına başlanılır. Öncə bal, meyvə siropu, unun qarışdırılmasından düzəldilən rahat hülqumun tәrkibi  nişasta və rafinə şəkərin kəşf edilmәsi ilә sonradan dәyişikliyә uğrayır.

  Rahat hülqum adətən türk qəhvəsi ilə yeyilir. Bu şirniyyat çay ilә dә şəkər əvəzinə istehlak edilir. Hazırda rahat hülqum qoz, fındıq, araxis, püstə, darçın, qızılgül və meyvələrlə hazırlanır.

Qeyd edək ki, Azərbaycan bazarında istehlakçılara “Azovskaya” brendinin 4 çeşiddə rahat hülqum şirniyyatı təqdim olunur. Bunlar 200 qramlıq və 2 kiloqramlıq “Assorti”, “Kllassik” və “Araxisli” rahat hülqum məhsullarıdır.

Şirin ağızla yeyin!

Xəbərlər

1 / 322
AZ EN RU