Şirniyyatın faydaları

13.04.2023

Şirniyyatın faydaları

 Şirniyyat qida rasionumuzun ayrılmaz hissələrindən biridir. Mütəxəssislər bildirirlər ki, şirniyyat insan üçün vacib yeməklərdəndir. Onların hər birinin insan orqanizmi üçün faydası çoxdur.

Məsələn, qara şokoladın həm kalorisi, həm də şəkəri azdır. Onun tərkibində antioksidantlar, flavonoidlər, kalsium, zülal, dəmir, maqnezium və vitaminlər olduqca çoxdur.

Şokoladın tərkibində nə qədər bol kakao varsa, onun faydası da bir o qədər çoxdur. Kakao qanda xolesterolu azaldır, insult və infarkt riskini aşağı salır, trombların yaranmasını əngəlləyir, ürək-damar xəstəlikləri riskini aradan qaldırır.

Bu məhsul stressə qarşı əla dərmandır. Ona görə ki, tərkibindəki maqnezium beyinin dincliyini uzun müddət təmin etmək gücünə malikdir.

Marmelad isə tərkibində təbii pektinin olmasına görə çox faydalıdır. Pektin xolesterinin miqdarını aşağı salır, toksinləri çıxarır, mədə-bağırsaq sisteminin işini asanlaşdırır. Bununla yanaşı, marmeladın kalorisi olduqca azdır.

İstənilən halva nəinki çox dadlıdır, həm də orqanizmə gəncləşdirici təsir edir. Onda A, E və B qrup vitaminlərinin olması dəriyə yaxşı təsir edir. Məlumdur ki, halva qədim zamanlardan bəri kosmetik vasitə kimi də istifadə olunur. Ondan düzəldilən maska quru dəri üçün idealdır.

Xatırladaq ki, “Aqro-Vest DC” MMC yerli bazara şirniyyat kateqoriyası üzrə yüzlərlə çeşid məhsul çıxarır.

 

Xəbərlər

1 / 338
AZ EN RU