Sızma zeytun yağları

09.12.2022

Sızma zeytun yağları

Çox zaman supermarketlərdə həqiqi, təbii yolla hazırlanmış, sızma zeytun yağı axtarırıq. Qardaş Türkiyənin “Zade” brendinə məxsus  sızma zeytun yağları sizin istəyinizə uyğun məhsuldur.

Hazırda şirkətimiz “Zade” brendinə məxsus 10 adda məhsulu yerli istehlakçılara təqdim edir. Onlardan biri adıçəkilən şirkətin sızma zeytun yağıdır.

Sızma özünəməxsus qoxuya, bir az kəskin, acı və burun yandıran özəlliklərə malikdir. Şirkət Türkiyənin əsas zeytunçuluq bölgəsi olan Egey zeytunlarından sızma yağını istehsal edir.

“Zade” Extra Virgin sızma zeytun yağı soyuq yeməklərdə, qəlyanaltılarda, salatlarda uğurla istifadə olunur.

Zeytun yağının keyfiyyəti onun qiymətli ağacından gəlir. Zeytun ağacının orta ömrü 300-400 ildir, ancaq 1000 və daha çox il yaşayan ağaclar da var. Ağac 7-8 yaşlarından meyvə verməyə başlayır.

Zeytun meyvəsi təbii antibiotik və antioksidan özəlliyə malikdir. Bu meyvə güclü enerji qaynağı olmaqla yanaşı, tərkibi amin turşuları, A, E, D, K vitaminləriylə zəngindir. Zeytundan alınan yağlar da buna görə qiymətlidir.

“Zade” brendinin sızma zeytun yağlarını ölkənin bütün iri supermarketkərindən əldə edə bilərsiniz.

Xəbərlər

1 / 335
AZ EN RU