“Tuzya” konfeti

26.04.2024

“Tuzya” konfeti

Bu gün “Aqro-Vest DC” MMC-nin satış komandasının üzvlərinə Ukraynanın “Lukas” qənnadı şirkətinin “Tuzya” konfetinin təqdimatı keçirilib.

Şirkətimizin Ticari marketinq şöbəsinin müdiri Tural Məmmədov məhsulun özəllikləri haqqında iştirakçılara məlumat verib.

Bildirilib ki, məhsul zövqoxşayan dada malikdir və onun əsas kütləsini günəbaxan tumları təşkil edir.

Hazırda "Lukas" məhsullarına 100-dən çox çeşid daxildir. Həmin məhsullar kurassan, qat-qat peçenye, konfet,  tort və başqalarından ibarətdir.

Qeyd edək ki, 2017-ci ildən “Aqro-Vest DC” şirkəti Ukraynanın “Lukas” fabrikinin qənnadı məhsullarının ölkə ərazisində distribusiyası ilə məşğuldur.  

Xəbərlər

1 / 342
AZ EN RU