“Vero Greco” yunan zeytun yağı

10.03.2023

“Vero Greco” yunan zeytun yağı

 

“Aqro-Vest DC” MMC olaraq müxtəlif brendlərə məxsus zeytun yağları satırıq. Onlardan biri də Yunanıstanın “Vero Greco” zeytun yağıdır.

Bildiyiniz kimi, Yunanıstan qədimdən bəri zeytunçuluğun mərkəzidir. Orada zeytunun müxtəlif və nadir növlərinə rast gəlmək mümkündür.

Zeytun və onun yağı yunan mətbəxinin əsas yeməyidir. Özəlliklə, səhər yeməklərinin vazkeçilməz qidasıdır.

Yunanıstanda hələ qədim zamanlarda insanlar zeytun yağını çox yüksək qiymətləndirirdilər.

Zeytun ağacını kəsənləri ölüm cəsası gözləyirdi, ona görə bu ağacı müqəddəs hesab edirdilər.

İndi də yunan mətbəxinin bütün yeməklərində çoxlu miqdarda zeytun yağından istifadə olunur.

Yunanıstanda istehsal və istifadə olunan zeytun yağı yüksək keyfiyyətə malikdir və onun sağlamlıq üçün çox faydası var. Ona görə də “Vero Greco” yağını Yunanıstandan sizin üçün gətirdik.

“Vero Greco” zeytun yağları əsl yunan ləzzətidir! 

Xəbərlər

1 / 412
AZ EN RU