Yaşıl noxud

12.05.2023

Yaşıl noxud

Yaşıl noxudla aranız necədir? Əgər onun dadını və faydalarını hələ də bilmirsinizsə, “Dyadya Vanya” brendinə məxsus 400 qramlıq yaşıl noxud konservlərini almağa tələsin.

Bəs yaşıl noxudun insana hansı faydaları var?

Yaşıl noxudun tərkibində olan anti-oksidantlar hüceyrələri xərçəng riskindən və ürək xəstəliklərindən qoruyur, qocalmanın qarşısını alır.

Bu bitki ürək damarlarını gücləndirir, həzmi daha da asanlaşdırır.

Yarım stəkan bişmiş yaşıl noxud gündəlik liflərə olan ehtiyacı təmin edir, insana toxluq hissi verir.

Bişmiş yaşıl noxud dəmirlə zəngindir. Adıçəkilən maddə qana oksigenin ötürülməsində və qırmızı qan hüceyrələrinin yaranmasında önəmli rol oynayır.

Bu bitkidə mis də var. Mis hemoqlobinin yaranmasında mühüm rola malikdir.  Yaşıl noxudda olan maqnezium sümüklərin inkişafına, dişlərin sağlamlığına, bədənin immun sisteminin güclənməsinə yardım edir.

Bunlardan başqa yaşıl noxudun tərkibində sink, B2 və B6 vitaminləri, folat, A vitamini də var.

Beləliklə, əgər sağlam qidalanmaq istəyirsinizsə, “Dyadya Vanya” yaşıl noxud konservlərini alın.

Siz bu məhsulu almaqla təkcə qida yox, həm də sağlamlıq əldə edirsiniz.

Xəbərlər

1 / 335
AZ EN RU