Tədbirlər

“Aqro-Vest” Şirkətlər Qrupunun əməkdaşları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-da “Aqro-Vest” Şirkətlər Qrupunun əməkdaşları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə I Fəxri Xiyabanda böyük dövlət adamı, siyasi-ictimai xadim Heydər Əliyevin məzarını dərin ehtiramla ziyarət edərək gül dəstələri qoyublar. Hər il olduğu kimi, unudulmaz dahi siyasi xadim Heydər Əliyevin məzarı xalq tərəfindən ziyarət olunur. Məhz bu gün də xalqımız müasir dövlətimizin […]
Daha ətraflı

Ramazan bayramınız mübarək

Hörmətli  “Aqro-Vest DC” MMC-nin əməkdaşları! Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik! Müsəlmanlar bu bayramı yüzillərdir İslam dünyasında, eləcə də onun bir üzvü olan ölkəmizdə də qeyd edirlər. Bu müqəddəs ay hər bir müsəlmanın öz nəfsinə hakim olması, nöqsanlarından qurtulması yolunda acılara dözməsi, bunun üçün çalışması, özünü kamilləşdirməsi, Allaha həsr etməsi ayıdır. Ramazan […]
Daha ətraflı

Komandamız rəqibini 1:0 hesabı ilə məğlub etdi

Paytaxtımızda futbol üzrə iki qrupda mübarizə aparan 22 komandadan ibarət “Fire League Business Cup”un oyunları davam edib. Dünən yarışların VIII turu Yasamal rayonundakı “Sportster” idman kompleksində baş tutub. Şirkətimizi təmsil edən “Aqro-Vest” komandası gərgin keçən qarşılaşmada rəqibi “Zeytunpham”ı 1:0 hesabı ilə məğlub edib. Komandamız “Fire League Business Cup”un oyunlarının bitməsinə 3 həftə qalmış qrupdan çıxmağı […]
Daha ətraflı

Bu bazar komandamızı gərgin mübarizə gözləyir

Artıq üzun müddətdir ki, paytaxtda fəaliyyyət göstərən müstəqil şirkətlər arasında futbol üzrə hər bazar günü “Free League Business Cup”un oyunları təşkil edilir. Yarışlar Yasamal rayonundakı “Sportster” idman kompleksində keçirilir. Şirkətimizi təmsil edən “Aqro-Vest” komandası VII turda 13 xalla 4-cü sırada qərarlaşıb. Turnirin növbəti oyunları aprelin 7-də baş tutacaq. Əməkdaşlarımıza uğurlar diləyirik!
Daha ətraflı

“Aqro-Vest DC” MMC əməkdaşları Novruz bayramı ilə əlaqədar şəhid ailələrinə baş çəkib

Novruz təkcə təbiətin dirilişi yox, həm də insanlar arasında yardımlaşmaya əsaslanan milli bayramımızdır. “Aqro-Vest DC” MMC Novruz bayramı münasibətilə Bakı şəhərində yaşayan şəhid ailələrinə “Slavyanskoe” və başqa brendlərə aid gündəlik qida məhsullarından ibarət bağlamalar verib. Şirkətin əməkdaşları II Qarabağ savaşı şəhidlərinin ailə üzvlərinin yaşadıqları ünvanlara gedərək, onlara bayram  sovqatı verib və təbrik ediblər. Əməkdaşlar şirkət […]
Daha ətraflı

Yel çərşənbəniz mübarək

Bu gün Azərbaycanda Novruzun üçüncü – Yel çərşənbəsi qeyd edilir. Yel çərşənbəsində əsən isti külək yazın gəlişindən soraq verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi ulularımızın yel Tanrısına inamı ilə bağlıdır. […]
Daha ətraflı

Bu gün su çərşənbəsidir

Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunur. Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün birinci su çərşənbəsi qeyd edilir. Bəzi qaynaqlarda ona “əzəl çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara əsasən, bu çərşənbə suya tapınma inancı ilə bağlıdır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən su min bir dərdin dərmanı sayılır.
Daha ətraflı

“Aqro-Vest DC” MMC rəhbərliyinin 8 Mart təbriki

“Aqro-Vest DC” MMC ailəsinin üzvü olan əziz xanımlar! Sizi 8 Mart Qadınlar Bayramı münasibətilə təbrik edir, hər birinizə cansağlığı, səadət diləyirik! Qadın təkcə ailənin yox, həm də dünyanın yaraşığı, sevincidir. Onun bir təbəssümü bəs edir ki, ürəyimiz rahatlıq tapsın, sevinclə dolsun. Qadın, ana qayğıkeşdir, hər anımızla nəfəs alır, kədərimizdə kədərlənir, sevincimizdə özünə sığmır. Tarixən Azərbaycan […]
Daha ətraflı

“Slavyanskoe” reklamının yeni bölümü yerli telekanallarda yayımlanmağa başlayıb

Bir neçə gündür ki, “Aqro-Vest DC” MMC-yə məxsus süd məhsulları üzrə özəl “Slavyanskoe” brendinin reklamının yeni bölümünün yerli telekanallarda nümayişinə başlanıb. Hadisələr “Slavyanskoe” kəndində baş verir. Sözügedən video reklam ARB və ATV kanallarında gündə bir neçə dəfə yayımlanır. Reklam video çarxında brendimizin ənənəvi simaları Cabir İmaov, Bəhram Bağırzadə və Yana Nikitina çəkiliblər. Qeyd edək ki, […]
Daha ətraflı

Bu gün ölkəmizdə Od çərşənbəsi qeyd olunur

Azərbaycanda Od çərşənbəsi qeyd edilir. Bu, odun isidici və təmizləyici, bütün pislikləri yandırıb yox etmə gücünə inamla bağlıdır. Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi fevralın 27-də qeyd edilib. Yel çərşənbəsi 12 mart, torpaq çərşənbəsi 19 martda keçiriləcək. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
Daha ətraflı