“Rublevskaya s qovyadinoy” kolbasası

“Rublevskiy” ət məhsulları şirkətinin istehsal etdiyi “Rublevskaya s qovyadinoy” kolbasasının tərkibinə donuz əti, su, mal əti, piy, protein stabilizatoru və bərkimə-nitrit qarışığı daxildir.

Göründüyü kimi, məhsul yalnız mal ətindən hazırlanmır. Kolbasanın hazırlanmasında həmçinin donuz əti və piydən istifadə olunur. Su məhsulun konsistensiyasının formalaşdırılmasına, protein stabilizatoru isə ət kütləsinin strukturunun və sabitliyinin qorunmasına xidmət edir.

Tərkibdə göstərilən bərkimə-nitrit qarışığı isə kolbasa məhsullarının istehsalında istifadə olunan texnoloji komponentlərdəndir.

Nitritlər məhsulun xarakterik rənginin qorunmasına və mikrobioloji təhlükəsizliyinin təmin edilməsinə kömək edir.

Şərh bildir