Tədbirlər

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Dili Günü olaraq qeyd edilir. 1939-cu ildə Sovet İttifaqı rəhbərliyinin göstərişilə Azərbaycada latın qrafikalı əlifbadan kiril qrafikalı əlifbaya keçilmişdi. Müstəqillik əldə etdikdən sonra 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. 2001-ci il avqustun […]
Daha ətraflı

Şirkətimizdə karyera günü keçirilib

Bu gün şirkətimizin baş ofisində karyerasını “Aqro-Vest DC” MMC və “Aplus” marketlər şəbəkəsilə qurmaq istəyənlər üçün karyera günü keçirilib. İnsan Resursları Departamentinin işə qəbul üzrə mütəxəssisləri saat 10:00-dan 15:00-a qədər iş axtaran 50-yə yaxın vətəndaşı şirkətimizdəki mövcud vakansiyalarla, iş imkanları ilə tanış ediblər. Əməkdaşlarımız merçendayzer, promo, merçendayzer-ekspeditor, satıcı, kassir, mal qəbulçusu, fəhlə işi axtaran vətəndaşlarla […]
Daha ətraflı

“Aqro-Vest DC” şirkətinin futbol üzrə “Heydər Əliyev Kuboku” başa çatdı

İyulun 16-da “Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında keçirdiyi, iki aydan bəri davam edən futbol üzrə “Heydər Əliyev Kuboku” başa çatdı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən turnirin ötən bazar günü Bakı Olimpiya Stadionunun kiçik meydançasında üçüncü yer və çempionluq uğrunda yarışları keçirildi. Öncə “Caffino” və “Slavyanskoe” komandaları 3-cü yer uğrunda […]
Daha ətraflı

Karyeranızı bizimlə qurun

Karyerasını “Aqro-Vest DC” MMC və “Aplus” marketlər şəbəkəsilə qurmaq istəyən, yaşı 18-dən yuxarı olan şəxslərin nəzərinə! Sizi 25.07.2023-cü il tarixində, saat 10:00-dan 15:00-a qədər baş ofisimizdə keçiriləcək “Karyera günü”nə dəvət edirik. Vakansiyalar: -merçendayzer; -promo; -merçendayzer-ekspeditor; -satıcı; -kassir; -mal qəbulçusu; -fəhlə. Hər gün böyüyən komandamıza siz də qoşulun, birlikdə inkişaf edək! Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi […]
Daha ətraflı

Futbol turnirimizin yarımfinal oyunları keçirilib

İyulun 2-də “Aqro-Vest DC” şirkətinin əməkdaşları arasında təşkil etdiyi futbol üzrə “Heydər Əliyev Kuboku”nun yarımfinal görüşləri keçirilib. Bakı Olimpiya Stadionunun kiçik meydançasında baş tutan turnirdə öncə “Aplus” ilə “Caffino” komandaları qarşılaşıblar. Həmişə olduğu kimi, “Aplus” yenə də fərqlənməyi bacarıb və rəqibini 9-2 hesabıyla məğlub edib. “Slavyanskoe” ilə “Lukas” komandalarının qarşılaşmasında isə görüş ikincinin qələbəsilə sonuclanıb: […]
Daha ətraflı

“Aqro-Vest DC” MMC rəhbərliyinin Qurban bayramı münasibətilə təbriki

Hörmətli həmkarlar, əziz “Aqro-Vest DC” MMC ailəsi! Bu günlər bütün dünya müsəlmanları müqəddəs Qurban bayramını qeyd edir. İslam dininin əsas bayramlarından olan Qurban bayramı yüzillərdir ki, xalqımız tərəfindən coşqu ilə qeyd edilir. Bu bayram insanlar arasında dostluq, bərabərlik, şəfqət və sair insani duyğuları gücləndirən, üzə çıxaran mənəvi bir tədbirdir. Hər kəs bu bayramı sevdikləri, doğmaları […]
Daha ətraflı

26 İyun Silahlı Qüvvələr Günüdür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan nizami orduya malik olmalı, silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi […]
Daha ətraflı

Bu bazar 5-ci turun oyunları keçiriləcək

İyunun 18-də “Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında futbol üzrə təşkil etdiyi “Heydər Əliyev Kuboku”nun növbəti turunun oyunları keçiriləcək. Bu həftənin bazar günü Bakı Olimpiya Stadionunun kiçik meydançasında baş tutacaq turnirdə yenə də üç komanda yarışacaq. Meydançaya ilk olaraq “Caffino”-“Lukas”, sonra isə uyğun olaraq “Roshen”-“Aplus” və “Yamac”-“Slavyanskoe” komandaları çıxacaqlar. Qeyd edək ki, şirkətimizin təşkil etdiyi […]
Daha ətraflı

15 İyun Milli Qurtuluş Günüdür

Bu gün ölkəmizdə Milli Qurtuluş Günü qeyd olunur. 30 il əvvəl ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək Azərbaycan xalqını və dövlətini parçalanmadan xilas edib. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi […]
Daha ətraflı

3-cü turun oyunları keçirilib

Ötən bazar günü “Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında futbol üzrə təşkil etdiyi “Heydər Əliyev Kuboku”nun üçüncü turunun oyunları keçirilib. Bakı Olimpiya Stadionunun kiçik meydançasında baş tutan turnirin ilk qarşılaşması Satış departamentinin 1-ci komandası “Slavyanskoe” ilə Logistika departamentinin “Lukas” komandaları arasında olub. Gərgin keçən görüş 4:1 hesabıyla “Slavyanskoe” brendinin təmsilçilərinin xeyrinə başa çatıb. İkinci oyunda […]
Daha ətraflı