Xəbərlər

“Yay romantikası” – yayın şirin dadı

 “Летняя романтика” (“Yay romantikası”) konyak və vanil ətirli klassik şokolad-konfetdir. Bu istidə qaynar pürrəngi çay ilə sizə əsl yay romantikası yaşada biləcək sözügedən şirniyyat Azov Qənnadı Fabrikinin məhsuludur. Cəlbedici qablaşdırmaya malik “Yay romantikası”nın ləzzəti isti günlərinin şirin xatirəsi kimi yaddaşınızdan silinməyəcək. Məhsulun qida dəyərinə gəlincə, 100 qramda zülallar 1,5, yağlar 14, karbohidratlar 74 qram təşkil edir. […]
Daha ətraflı

“Dolçe Villa” marmeladı

Azov Qənnadı Fabrikinin unikal dada malik məhsullarından biri də 300 qramlıq “Dolçe Villa” marmeladıdır. Sevimli sitrus meyvələri ləzzətinin qarışığından ibarət olan 12 ədədli hər bağlamada təzə limon, şirəli portağal və ətirli qreyfurt dadını dərindən hiss edəcəksiniz. “Dolçe Villa” marmeladı şirniyyatla çay içmək zövqünüzü yaxşıya doğru dəyişəcək. Qeyd edək ki, marmelad qatılaşmış meyvə mürəbbəsidir. Onu qatılaşdırmaq üçün pektin, aqar və jelatindən istifadə […]
Daha ətraflı

“Milka”nın zərif ləzzəti

Şirniyyyatsevərlər 32 qramlıq “Milka”nın necə dadlı, şokoladlı pirojna olduğunu gözəl bilirlər. Bu, incədən incə, südlü və kakaolu delikates pirojna onu dadanlarda unikal zövq yaradır. 1901-ci ildən istehsala başlayan “Milka” şirkəti ilk gündən insanların ağız dadını formalaşdırmağı və indi də bu ənənəyə sadiq qalmağı uğurla bacarır. İlk gündən bənövşəyi kağıza bükülərək satışa çıxarılan adıçəkilən pirojna indi […]
Daha ətraflı

Kakaoda meyvə topları

“Pastiluşka” brendinə məxsus “Kakaoda meyvə topları” konfeti sizin üçün ölkəmizə idxal etdiyimiz təbii meyvə pastilidir. Bu məhsul necə hazırlanır? Rusiyada yetişdirilən yerli alma sortları püre halına salınaraq onlardan kiçik topcuqlar düzəldilir, ardınca üzərinə təbii kakao tozu səpilir və qablaşdırılır. Bu pastil təbiiliyi, şəkərsizliyi, süni rənglərinin olmaması və gözəl dadı ilə hər kəsin sevimli şirniyyatıdır. Ən […]
Daha ətraflı

Meyvə pastili – “Alma”

Xəbər verdiyimiz kimi, Rusiyanın “Fruktoni” şirkətinin “Pastiluşka” brendi altında bol vitaminli, təbii meyvələrdən istehsal etdiyi şirniyyat məhsulları artıq Azərbaycan bazarında müştərilərə təqdim olunur. Həmin məhsullardan biri 800 qramlıq nəfis qablaşdırmada olan “Alma” pastilidir. Qeyd edək ki, bir qablaşdırmada 45 ədəd kiçik pastil yer alır. Bu təbii şirniyyatı bircə dəfə yeməyiniz bəs edər ki, onun dadı […]
Daha ətraflı

Zərif şokolad içlikli “Roshen Wafers Choco” vaflisi

Sizə məşhur “Roshen” brendinin yeni vafli çeşidini təqdim edirik: “Roshen Wafers Choco” zərif şokolad içliyilə ən yeni çeşid xırtıldayan vaflidir. Çoxunuz çay içmək üçün şirniyyat seçərkən vaflilərə üstünlük verirsiniz. Üstəlik, bu vaflinin içi şokoladlıdırsa, demək, dad zövqünüzə söz ola bilməz. Yeni vafli təkcə ləzzətilə diqqət çəkmir, həm də dizaynı ilə göz oxşayır. Məhsulun görünüşü onun […]
Daha ətraflı

Alma pastili

Pastil istənilən meyvə lətinin qaynadılaraq bərkiməsilə hazırlanan, yüngül çeynəməklə və ya sovurmaqla yeyilən konfet növüdür. Yeni tərəfdaşımız olan Rusiyanın “Fructoni” şirkətinin “Pastiluşka” brendi altında istehsal etdiyi 40 qramlıq “Alma pastili” tam təbii, şəkərsiz bir məhsuldur. Nəfis qablaşdırmada olan məhsul eyni ölçüdə xırda doğranmış hissələrdən ibarətdir. O, yüngül şirinliyə və turşuluğa malikdir. Pastil eynilə bölgələrimizdə müxtəlif […]
Daha ətraflı

“Azovskaya”nın yeni çeşidi

 Yerli bazarda Rusiyanın “Azovskaya” Qənnadı Fabrikinin bir neçə çeşiddə günəbaxan halvası var. Bugünlərdə onların sırasına daha biri əlavə edildi. Bu, qara rəngli qablaşdırmada olan 350 qramlıq “Xalva”dır. Doğrudan da, bu məhsulun ayrı dadı, özəlliyi var. Siz bunu hər halva loxmasını ağzınıza qoyduqda hiss edəcəksiniz. Onun çeynənərkən yüngül xırçıltısı sizə ənənəvi halva dadını və qoxusunu xatırladacaq. Bildirək […]
Daha ətraflı

“Lukasia” və “Xalva” bazara çıxır

Bu gün “Aqro-Vest DC” MMC-nin Ticari marketinq  şöbəsinin əməkdaşları şirkətimizin satış komandasının üzvlərinə yeni məhsulların – Ukraynanın məşhur “Lukas” brendinə məxsus “Lukasia” karamelinin yeni çeşidinin, eləcə də Rusiyanın tanınmış “Azovskaya” brendinə məxsus günəbaxan halvasının (“Xalva” 350 qr) təqdimatını keçiriblər. Tədbirdə Azərbaycan bazarına çıxarılan hər iki məhsulun özəllikləri haqqında geniş bilgi verilib. Bildirilib ki, “Lukasia” yumşaq, […]
Daha ətraflı

Futbol üzrə “Heydər Əliyev Kuboku”nun əyləncəli final oyunu sizi gözləyir

“Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında təşkil etdiyi futbol üzrə “Heydər Əliyev Kuboku”nun final oyunu qarşıdakı bazar günü – iyulun 16-da Bakı Olimpiya Stadionunun kiçik meydançasında keçiriləcək. Final yarışında “Lukas”la “Aplus” çempionluq uğrunda mübarizə aparacaqlar. Eləcə də həmin gün 3-cü yer uğrunda “Caffino” və “Slavyanskoe” komandaları yarışacaqlar. Tədbirdə azarkeşlər üçün maraqlı rəqslər, əyləncəli musiqilər, uduşlu […]
Daha ətraflı