Agro West DC MMC
Vəzifə öhdəlikləri:
- LAN, WAN, VPN və Wi-Fi infrastrukturunun layihələndirilməsi, idarə olunması və fasiləsiz işləməsinin təmin edilməsi;
- Switch, firewall və digər şəbəkə avadanlıqlarının (Cisco L2/L3, HP, FortiGate) quraşdırılması, idarə olunması və optimallaşdırılması;
- Cisco ISE – NAC sisteminin idarə olunması;
- FortiManager sisteminin idarə olunması;
- Korporativ Wi-Fi şəbəkələrinin idarəsi və optimizasiyası (Ubiquiti UniFi, Mikrotik);
- Şəbəkə təhlükəsizliyi həllərinin tətbiqi: FortiGate firewall qaydaları, VPN-lər, IDS/IPS və təhlükəsizlik siyasətlərinin həyata keçirilməsi;
- FortiAnalyzer üzərindən şəbəkə və təhlükəsizlik loglarının monitorinqi və təhlili;
- Zabbix və digər monitorinq sistemləri vasitəsilə performansın izlənməsi və proaktiv tədbirlərin görülməsi;
- Disaster recovery və backup planlarının hazırlanması və icrası;
- İstifadəçilərə texniki dəstək və problemlərin operativ həlli;
- Şəbəkə infrastrukturuna aid sənədləşmələrin hazırlanması və yenilənməsi;
- Yeni texnologiyaların izlənməsi və inkişaf üçün təkliflərin hazırlanması.
Namizədə tələblər:
- İT sahəsində ali təhsil;
- Şəbəkə inzibatçılığı üzrə minimum 2–3 il təcrübə;
- TCP/IP, DNS, DHCP, VLAN, Routing, Switching, VPN üzrə biliklər;
- Cisco, Mikrotik, FortiGate avadanlıqları ilə iş təcrübəsi;
- Ubiquiti UniFi və Mikrotik wireless üzrə praktiki biliklər;
- Zabbix və FortiAnalyzer üzrə monitorinq təcrübəsi;
- Linux və Windows Server bilikləri;
- Məlumat təhlükəsizliyi standartları üzrə biliklər — üstünlük;
- CCNA, CCNP, Fortinet NSE4, CompTIA Network+ və digər sertifikatlar — üstünlük;
- Analitik düşüncə və problem həll etmə bacarıqları;
- Komandada işləmə və ünsiyyət bacarıqları;
- Ezamiyyətlərə getmək imkanı.
İş şəraiti:
- İş qrafiki: 09:00 – 18:00
- İş günləri: 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən təmin olunur
- Ünvan: Bakıxanov qəs., B. Bünyadov küç. 12
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Network Administrator” qeyd etməklə mail ünvanına göndərə bilərlər [email protected].


