“Hello” biskvitləri yerli bazarda

Bugünlərdə Rusiyanın «Сибирская белочка» (“Sibir sincabı”) qənnadı fabrikinin ölkəmizə idxal etdiyimiz yeni məhsullarından olan “Hello” biskvitlərinin təqdimatı keçirilib.

“Aqro-Vest DC” MMC-nin Marketinq departamentinin şirniyyat kateqoriyasının müdiri Müsayib İmanov satış komandasının üzvlərinə adıçəkilən yeni məhsulun özəlliklərindən söz açıb.

Bildirilib ki, yumşaq, ağızda tez əriyən “Hello” biskvitləri bazara çiyələkli, moruqlu və qatılaşdırılmış südlü olmaqla üç çeşiddə çıxarılır. Hər üç məhsulun keyfiyyəti, dizaynı və qiyməti imkan verir ki, o, bazarda özünə böyük rəğbət qazansın.

Şərh bildir