Əməkdaşlarımızın bilik və idarəetmə bacarıqlarının artırılması istiqamətində illik təlim plan-proqrama əsasən, şirkətimizin satış və digər şöbə rəhbərlərinə 17-18 may 2024-cü il tarixində Türkiyənin İstanbul şəhərində “İstanbul Biznes Məktəbi”nin təlimçiləri tərəfindən “FMCG Satış Dinamikleri” mövzusunda təlim keçirilib.
Təlim çağdaş FMCG-nin qarşısında duran məsələləri əhatə edib. Əməkdaşlara “Bazar və rəqib analizləri”, “Satışın yeni trendləri”, “İdarəetmənin əsasları”, “Komanda motivasiyası”, “Satış və ticari marketinq” mövzularında seminarlar keçirilib.
İki gün davam edən təlimin sonunda hər bir iştirakçıya sertifikat təqdim olunub.