26 İyun Silahlı Qüvvələr Günü münasibətilə şirkətimizin veteran əməkdaşları mükafatlandırılıb

  • Ana səhifə
  • Tədbirlər
  • 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə şirkətimizin veteran əməkdaşları mükafatlandırılıb

İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ili tamam olur.

1918-ci il bu günündə Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.

Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan nizami orduya malik olmalı, silahlı qüvvələrini yaratmalıdır.”

Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti milli ordunu ləğv etdi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması haqqında qərar qəbul edildi. Bir yandan da Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olundu…

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan ordusunun Prezident İlham Əliyevin komandanlığı ilə qazandığı qələbə dünya hərb tarixində mühüm izlər qoydu. Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi və bizi qalib xalqa çevirdi.

Bu gün münasibətlə “Aqro-Vest DC” MMC-nin rəhbərliyi İkinci Qarabağ savaşında, Vətən müharibəsində iştirak etmiş 38 nəfər qəhrəman şirkət əməkdaşlarını mükafatlandırıb.

Günün mübarək, Azərbaycan ordusu!

Şərh bildir