Fevralın 3-də “Aqro-Vest DC” MMC-nin satış komandasının üzvlərinə dünyaca məşhur çay markası “Ahmad Tea” məhsullarının təqdimatı keçirilib.
Tədbiri giriş sözüylə şirkətimizin Marketinq departamentinin şöbə müdiri Tural Məmmədov açaraq ölkəmizdə İngiltərənin məşhur “Ahmad Tea” çay məhsullarının distribüterliyinin “Aqro-Vest DC” MMC tərəfindən həyata keçiriləcəyini bildirib.
O qeyd edib ki, “Ahmad Tea” dünyaca məhşur çay brendlərindən biridir və keyfiyyətli məhsulları ilə tanınır. Şirkət ənənəvi çay mədəniyyətini müasir texnologiyalarla birləşdirərək istehlakçılara yüksək keyfiyyətli çay təklif edir.
Tədbirdə bildirilib ki, “Ahmad Tea” şirkəti İngiltərədə 1986-cı ildə yaradılıb və ilk gündən yüksək keyfiyyət standartlarını əsas götürərək qlobal çay bazarında önəmli mövqeyə sahib olub. Hazırda “Ahmad Tea” məhsulları dünyanın 80-dən çox ölkəsində satılır.
Xatırladaq ki, “Ahmad Tea” geniş çay məhsulları ilə tanınır. Əsas kateqoriyaları bunlardır:
Qara çay – klassik (ingilis ) çayları daxil olmaqla müxtəlif ətirli və saf qara çaylar.
Bitki çayları – təbii otlardan və meyvələrdən hazırlanan sağlamlıq üçün faydalı çaylar.
Çay qarışıqları – sitrus, berqamot və digər ətirli qarışıqlarla zənginləşdirilmiş xüsusi çay növləri.
Yaşıl çay – yüngül və təravətləndirici yaşıl çaylar.