Bu gün Novruzun ikinci – Od çərşənbəsidir.
Keçmişdən üzü bəri od türkün düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb və günümüzə kimi gəlib çıxıb.
Bu çərşənbənin mahiyyətində odun müqəddəs sayılmasına, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur.
Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabdan, azar-bezardan qurtulmaq mümkündür.
Dədə-babalarımız qədimdən təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu rəmzləşdiriblər. Bu da Günəşə və oda müqəddəs münasibətin yaranmasına gətirib çıxarıb.
Od çərşənbəniz mübarək!