“Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında təşkil etdiyi futbol üzrə “Heydər Əliyev Kuboku”nun final oyunu qarşıdakı bazar günü – iyulun 16-da Bakı Olimpiya Stadionunun kiçik meydançasında keçiriləcək. Final yarışında “Lukas”la “Aplus” çempionluq uğrunda mübarizə aparacaqlar.
Eləcə də həmin gün 3-cü yer uğrunda “Caffino” və “Slavyanskoe” komandaları yarışacaqlar.
Tədbirdə azarkeşlər üçün maraqlı rəqslər, əyləncəli musiqilər, uduşlu oyunların keçirilməsi nəzərdə tutulub.
Yarışlara baxmaq üçün azarkeşlər biletlərlə təmin olunacaq və tədbirdə lotoreya oynanılacaq. Həmin biletlərdəki nömrələr lotoreya əsasında uduşlu sayılacaq və qaliblər dəyərli hədiyyələrlə təltif olunacaqlar.
Tədbirin proqramını təqdim edirik.