Hörmətli həmkarlar!
01.10.2023-cü il tarixində “Aqro-Vest DC” MMC futbol çempionatı təşkil edir. Çempionatda hər bir əməkdaşımızı görmək istərdik. Qatılmaq istəyən əməkdaşlar aşağıdakı qeydiyyat qaydalarına uyğun olaraq müraciət edə bilərlər:
- Tərkibində minimum 8, maksimum 10 nəfər olan istənilən komanda qeydiyyatdan keçə bilər. Bunlardan ən azı 1 nəfər qapıçı olmalıdır.
- Qeydiyyat vərəqələri 15.09.2023-cü il tarixinə qədər İnsan Resursları departamentinə verilməlidir.
- Rəsmi işə 01.09.2023-cü il tarixindən sonra qəbul olan şəxslərin qeydiyyatı nəzərə alınmayacaq.
- Son beş ildə AFFA bayrağı altında təşkil olunan yarışlarda iştirak etmiş oyunçuların qeydiyyatı mümkün deyil.
- Müxtəlif şöbələrin əməkdaşlarının bir komandada oynamasına İnsan Resursları Departamentinin rəyi əsasında icazə veriləcək. (Ofis işçilərinə şamil edilir).
- Qeydiyyatı nəzərə alınmayan oyunçuların yerinə başqa oyunçunun verilməsi qeydiyyat tarixinin son gününə qədər dəyişdirilə bilər, yoxsa sonuncu verilən siyahı nəzərə alınacaq.
- Komanda öz kapitanını da qeyd etməlidir.
- Eləcə də komanda bir məşqçi müəyyən edə bilər.
- Meydanda eyni anda maksimum 5 oyunçu və 1 qapıçı olacaq.
- Sənədlər son tarixdən gec təqdim olunarsa, komanda turnirə buraxılmayacaq.
- Qeydiyyat vərəqəsində adı yer almayan şəxslər oyunlar keçirilən zaman meydançaya və texniki zonaya buraxılmayacaqlar.
İnsan Resursları Departamenti