8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib

Martın 8-də “Aqro-Vest DC” MMC-də Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözüylə şirkətimizin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev açaraq bu günün bütün dünyada qeyd edildiyini bildirib.

Onun sözlərinə görə, bu günün əsası 1857-ci ilə gedib çıxır. Həmin il martın 8-də ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın pis iş şəraitində aşağı maaşla uzun müddət çalışdıqlarına görə tətil edirlər və bu aksiya polis tərəfindən dağıdılır.

1910-cu il martın 8-də Danimarkanın Kopanhagen şəhərində qadınlarla bağlı təşkil edilən qurultayda yəhudi kökənli alman sosialist qadını Klara Setkin 1857-ci il hadisələrinin ildönümü ilə əlaqədar olaraq martın 8-ni Dünya Qadınlar Günü kimi qeyd edilməsini təklif edir və ideya qəbul olunur.

Toplantıda bildirildi ki, bu günün bütün dünyada rəsmən qeyd edilməsindən 50 il ötür. Belə ki, 1975-ci ildə BMT 8 martın planetimizdə Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması haqqında qərar qəbul edib.

Çıxışçı ölkəmizdə də bu günün onillər boyu böyük coşqu ilə keçirildiyini dilə gətirib. Qeyd olunub ki, Azərbaycanda qadınların hüquqları yüksək səviyyədə qorunur, gender bərabərliyinə əməl edilir. Qadınlar ölkəmizdə mühüm dövlət qurumlarında təmsil olunur, özlərini ifadə edirlər.

Marketinq departamentinin müdiri Tural Məmmədov, kadrlar şöbəsinin müdiri Vüsal Hüseynov da xanımları bayram münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik diləyiblər.

Xatırladaq ki, həmişə olduğu kimi, kollektivimizdə çalışan hər bir xanım əməkdaşa bayramla əlaqədar olaraq çiçək və  mükafat verilib.

Şərh bildir