Türk Standartları İnstitutu tərəfindən “Aqro-Vest DC” MMC əməkdaşlarına təlim keçib

  • Ana səhifə
  • Tədbirlər
  • Türk Standartları İnstitutu tərəfindən “Aqro-Vest DC” MMC əməkdaşlarına təlim keçib

Oktyabrın 21-25-də Türk Standartları İnstitutu  tərəfindən  “Aqro-Vest DC” MMC əməkdaşlarına TS EN ISO 9001:2015  keyfiyyət idarəetmə sistemi və TS EN ISO 22000:2018 qida təhlükəsizliyi idarəetmə sistemi ilə bağlı təlim keçirilib.

Türk Standartları İnstitutunun əməkdaşı Meriç Karacan təlim zamanı iştirakçılara TS EN ISO 9001:2015 və TS EN ISO 22000:2018  standartlarının tələbləri, onların tətbiq sahəsi, idarəetmə sistemlərinin  tətbiqinə dəstək, daxili auditin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi, yaxşılaşdırılması və s. məsələlər barədə geniş bilgi verib.

Təlim zamanı qeyd olunan mövzular üzrə qrup şəklində çalışmalar yerinə yetirilib.

Şərh bildir