Bu gün torpaq çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz bayramının 4 çərşənbəsindən sonuncusu, ilaxır çərşənbə – Torpaq çərşənbəsidir.

Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir – Su, Od, Yel və ilaxır çərşənbə – Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın oyanması, dirilməsi, canlanması anlayışı ilə əlaqədardır.

Axır çərşənbə günü bayram süfrəsi açılır, tonqal qalanır, plov dəmlənir, səməni, xonça bəzədilir.

İlaxır çərşənbənin qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələri var.

Son çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər.

Bildirək ki, bu il yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

“Aqro-Vest DC” MMC-nin rəhbərliyi öz əməkdaşlarını və xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, onlara ruzi-bərəkət, xoşbəxtlik, sağlamlıq diləyir!

Şərh bildir