Artıq Rusiyanın “Rublovskiy” Ticarət Evinin istehsalı olan ət məhsullarını bütün iri supermarketlərdən əldə edə bilərsiniz. Onlardan biri olan “Vyazanka” kolbasası vitamin və mikroelementlərlə zəngin hindquşu ətindən orijinal reseptlə hazırlanıb. Bu məhsulun incə teksturası və xoş ətri var. Qəlyanaltılar, salatlar və sendviçlər hazırlamaq üçün idealdır.
Xatırladaq ki, bu ilin iyun ayından “Aqro-Vest DC” MMC Rusiya istehsalçısı “Rublovskiy” Ticarət Evi ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Bu müqavilə Azərbaycan bazarına geniş çeşiddə kolbasa və delikates ət məhsullarının tədarükünü nəzərdə tutur.