Noyabrın 7-də “Aqro-Vest DC” MMC-nin iclas zalında Zəfər Günü tədbiri keçirildi.
Öncə əməkdaşlar Vətən torpaqları uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Toplantını giriş sözüylə şirkətimizin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev açaraq İkinci Qarabağ savaşının – Vətən müharibəsinin xalqımızın şərəf tarixi olduğunu diqqətə çatdırdı. O bildirdi ki, Vətən müharibəsində Azərbaycan ordusu bir metr də geri çəkilmədi, yalnız irəli getdi və qələbə qazandı.
Şirkətimizin Marketinq departamentinin direktoru Babək Musayev söylədi ki, 44 günlük savaş xalq-ordu birliyini sübut etdi, Ali Baş komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycanın siyasi nüfuzunu dünya miqyasında yüksəltdi.
Marketinq departamentinin əməkdaşı, qazi Seymur Rəhimli isə İkinci Qarabağ savaşında keçdiyi döyüş yolundan danışdı. O, bu savaşda iştirakından fəxr duyduğunu bildirdi.
Sonda tədbir iştirakçıları “Zəfər Günü” sənədli filmini izlədilər.
Zəfər Gününüz mübarək, əziz xalqımız!




