17 Noyabr – Milli Dirçəliş Günüdür

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılığı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması xalqımızı hiddətləndirdi və onun 1988-ci il noyabrın 17-də ayağa qalxmasına səbəb səbəb oldu.

Milyonlarla insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara əsaslanan siyasətinə qarşı çıxdı.

17 gün davam edən bu hərəkat həm də keçmiş SSRİ-də müstəqillik uğrunda ən irimiqyaslı etiraz aksiyası idi.

Bu mitinqlər Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə düşdü.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.

Şərh bildir