“Bonny Fruit” konfeti

Məşhur şirniyyat istehsalçısı “Roshen” şirkətinin “Bonny Fruit” adlı jele konfetləri istehlakçılar arasında populyardır. Yerli istehlakçılar üçün yenicə bazara çıxardığımız meyvə dadlı bu məhsulların Azərbaycanda da geniş rəğbət doğuracağına əminik.
“Bonny Fruit” seriyası müxtəlif dad kombinasiyaları ilə təqdim olunur. Sitrus meyvələri, yay meyvələri və giləmeyvə qarışıqları istehlakçılara fərqli seçim imkanları yaradır.
Məhsulun tərkibinə şəkər, qlükoza siropu, su, pektin, meyvə şirəsi konsentratları, turşuluq tənzimləyiciləri və dadlandırıcılar daxildir.
Bildirək ki, “Roshen” şirkəti hazırda dünyanın aparıcı şirniyyat istehsalçıları sırasında yer alır və yüzlərlə məhsul çeşidi ilə beynəlxalq bazarda fəaliyyət göstərir. “Bonny Fruit” isə şirkətin jele konfet seqmentində ən tanınan məhsullarından biri hesab olunur.

Şərh bildir