“Lukas” qənnadı şirkətinin təqdim etdiyi “Croissant” məhsulu yerli müştərilər arasında da çox populyardır.
Fransız mətbəxinə aid olan bu şirniyyat kərə yağı ilə hazırlanan qat-qat xəmiri və aypara forması ilə tanınır.
“Croissant” klassik, şokoladlı və digər doldurmalı növlərdə təqdim olunur.
Bu məhsul özəlliklə səhər yeməyi və qəlyanaltı kimi qəhvə, yaxud çayla birlikdə istehlak edilir.


