“Aqro-Vest DC” MMC-nin istehlakçılar tərəfindən etibar qazanmış “Slavyanskoe” brendi məhsul portfelini genişləndirərək yeni “Slavyanskaya” xamasını bazara təqdim edir.
Yeni məhsul 180 q və 350 q qablaşdırmalarda olmaqla, 15% və 26% yağlılıq seçimləri ilə fərqli istehlak ehtiyaclarını qarşılayır — həm gündəlik istifadə, həm də kulinariya üçün optimal həll təqdim edir.
Xama Belarusun aparıcı süd istehsalçılarından olan “Slutsk Pendir Zavodu” ASC-də istehsal olunur ki, bu da məhsulun sabit keyfiyyət standartlarına uyğunluğunu təmin edir.
“Slavyanskoe” brendi uzun illərdir Azərbaycan bazarında kərə yağı, süd və pendir kateqoriyalarında güclü mövqeyə malikdir və yeni “Slavyanskaya” xaması ilə bu etibarı xama kateqoriyasında da möhkəmləndirməyi hədəfləyir.



