Ulu öndər Heydər Əliyevin məzarı ziyarət olunub

Mayın 8-də “Aqro-Vest DC” MMC-nin kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar I Fəxri Xiyabanı ziyarət edib.

Tədbir iştirakçıları böyük dövlət xadiminin məzarı önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra ümummilli liderin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı da ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Şərh bildir