“Aqro-Vest DC” MMC 10 illik yubileyini qeyd edib

Mayın 15-də “Aqro-Vest DC” MMC-nin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbiri giriş sözüylə açan şirkətin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev bildirib ki, 10 il öncə əsası qoyulan “Aqro-Vest DC” MMC bu gün ölkə iqtisadiyyatına mühüm töhfə verən aparıcı şirkətlərdən birinə çevrilib. Onun sözlərinə görə, şirkət artıq etibarlı distribüter, güvənilən tərəfdaş və keyfiyyətli məhsul təminatçısı kimi tanınır.

Qeyd olunub ki, müxtəlif ölkələrdən idxal olunan qida məhsulları bu gün minlərlə ailənin gündəlik qidasının ayrılmaz hissəsinə çevrilib. Bildirilib ki, “Aqro-Vest” eyni zamanda müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən müəssisələri öz ətrafında birləşdirən güclü şirkətlər qrupudur.

Yubiley tədbirində icraçı direktorun müavini Emil İsmixanov, hüquq şöbəsinin müdiri Rafiq Abbasov, marketinq departamentinin direktoru Babək Musayev, satış müdirinin müavini Davud Kərimov, maliyyə direktoru Səbuhi Abdullayev, insan resursları departamentinin şöbə müdiri Nikbin Əlizadə çıxış edərək şirkətin əldə etdiyi uğurlar, gələcək hədəflər və inkişaf perspektivləri barədə danışıblar.

Çıxışlarda vurğulanıb ki, “Aqro-Vest DC” MMC üçün ötən 10 il böyük təcrübə, uğur və məsuliyyət dövrü olub. Əldə olunan nailiyyətlərin əsasında peşəkar komandanın əməyi, tərəfdaşların etibarı və müştərilərin şirkətə göstərdiyi inam dayanır.

Sonda yubiley münasibətilə şirkətin bütün əməkdaşlarına, tərəfdaşlarına və müştərilərinə təşəkkür ifadə olunub, “Aqro-Vest DC” MMC-yə gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.

 

Şərh bildir