Rusiyanın məşhur “Makfa” şirkətinin eyniadlı brendinin müxtəlif yulaf çeşidləri doyumlu və sağlam səhər yeməyi üçün ideal seçimlərdən biridir.
Əsasən səhər yeməyində istifadə olunan yulaf həm qida dəyəri, həm də tərkibindəki faydalı maddələrlə seçilir. Bəs onu gündəlik qida rasionuna daxil etməyin hansı üstünlükləri var?
- Tərkibində dəmir, sink və müxtəlif vitaminlər var;
- Liflə zəngin olduğundan uzun müddət toxluq hissi yarada və iştahanın tənzimlənməsinə kömək edə bilər;
- Tərkibindəki protein əzələlərin inkişafı və bərpası üçün faydalıdır;
- Antioksidant xüsusiyyətlərə malik bir sıra birləşmələr ehtiva edir;
- Bağırsaqların fəaliyyətini və həzmi dəstəkləyir;
- Karbohidrat mənbəyi kimi orqanizmi enerji ilə təmin edir və günə daha gümrah başlamağa şərait yaradır;
- Lif və kompleks karbohidratlar sayəsində qan şəkərinin daha sabit qalmasına kömək edir.


