“Roshen” Qənnadı Zavodunun istehsalı olan “Bim-Bom” karamelləri yerli bazarda da istehlakçıların rəğbətini qazanıb.
Özünəməxsus dadı və zərif ətri ilə seçilən bu karamel günün istənilən vaxtında çay süfrəsi üçün uyğun şirniyyatdır. Yumru formalı “Bim-Bom” karamelləri qırmızı, sarı, yaşıl və narıncı rənglərdə təqdim olunur.
“Bim-Bom” dörd meyvə və giləmeyvənin dadını özündə birləşdirir: çiyələk, armud, portağal və ananas.
Karamelin xarici qatı nisbətən qalın, içliyi isə yumşaq və şirin dolğudan ibarətdir.
“Bim-Bom”un əsas dadı isə onun özəyində gizlənir. Şirin dolğudan ibarət içlik meyvə dadının daha aydın hiss olunmasına və karameldən zövq almağa imkan verir.


