“Ahmad tea”nın sakitləşdirici “Mint Green Tea” çayı ilə sərin və təravətləndirici nanənin uyğunluğu heç vaxt dəbdən düşməyən bir klassikdir. Bu çay bir fincanda həm canlandırıcı, həm də sakitləşdirici təsir bağışlayır.
Bu qarışığı hazırlayarkən çay ustaları Çinin Tszyansi (Jiangxi), Anxoy (Anhui) və Çjetszyan (Zhejiang) əyalətlərindən əldə edilən yüksək keyfiyyətli yaşıl çaylardan istifadə edirlər. “Qızıl Üçbucaq” kimi tanınan bu bölgə yüksək keyfiyyətli yaşıl çay istehsalı ilə məşhurdur. Qarışığa yüngülcə qovrulmuş, qoz-fındığı xatırladan dadı ilə qiymətləndirilən yüksək keyfiyyətli “Chun Mee” çay yarpaqları və tumurcuqları daxil edilir. Bu çay erkən yazda – dadının daha incə və şirin olduğu dövrdə yığılır. Sarımtıl-yaşıl rəngə və təkrarolunmaz nanə ətrinə malik, qurudulmuş ot çalarlarının mentol təravəti ilə tamamlandığı fərəhverici bir çay əldə olunur.
Nanə həzmi yaxşılaşdırmaq və sakitləşdirmək xüsusiyyəti ilə tanınır. Bu qarışıq isə onu yemək zamanı və ya yeməkdən sonra içmək üçün ideal edir.


