AgroWest

Yummi Gummi Fizzy Worms

Məşhur “Roshen” brendinin Yummi Gummi Fizzy Worms jeleləri ölkəmizə yeni gətirdiyimiz məhsullar sırasındadır. Turş və ləzzətli jelatin qurdlar şəklində balqabaq qarışığı olan bu şirniyyat uşaqların sevimlisidir. Başlıca olaraq üzüm, alma, böyürtkən, portağal, albalı, limon dadlarını içərən bu məhsulun tərkibi həm də bəkməz, jelatin, nəmləndirici sorbitol siropu, turşuluq tənzimləyicisi, qatılaşdırılmış şirələrdən və sairədən ibarətdir
Daha ətraflı

26 İyun Silahlı Qüvvələr Günü münasibətilə şirkətimizin veteran əməkdaşları mükafatlandırılıb

İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ili tamam olur. 1918-ci il bu günündə Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan nizami orduya malik olmalı, silahlı qüvvələrini yaratmalıdır.” Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi […]
Daha ətraflı

Chocolate nayt assorti

Bildiyiniz kimi, AVK Ukrayna qənnadı məmulatları istehsalçısıdır, bazar seqmentində öncüllərdən biridir. Bu marka adı altında tort, peçenye və bir çox digər şirniyyatlar istehsal olunur. Onun məhsullarından biri də tünd və südlü şokolad ləzzətlərinin qarışığı olan Chocolate nayt assortidir. Bu məhsulun tərkibi südlü şokolad, şəkər, kakao yağı və kütləsi, tam süd tozu, vanilin, bitki yağları, qovrulmuş […]
Daha ətraflı

“Quş südü” konfeti

Ukraynanın “Xarkov” biskvit zavodunun  istehsalı olan şirniyyatlardan biri də “Quş südü” konfetidir. İçərisinin əsas kütləsi süddən ibarət olan bu konfet yumşaqlığı ilə diqqəti çəkir və ağızda anındaca əriyir. Üzərinin şokolad ilə örtülməsi “Quş südü”nə ayrıca ləzzət verir. Bildirək ki, Ukraynanın “Xarkov” biskvit zavodu ölkənin ən böyük qənnadı müəssisələrindən biri olan, 2004-cü ildə yaradılmış “Biskvit-Şokolad” korporasiyasına daxildir.
Daha ətraflı

Qurban bayramınız mübarək!

Qurban bayramı islam aləmində ən müqəddəs bayramlardan biridir. Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur. Qeyd edək ki, qurban vermək, qurban kəsmək adəti islamdan çox-çox əvvəl dünyanın bir sıra xalqlarında qeyd edilib. Məsələn, karfagenlilər […]
Daha ətraflı

“Crazy Party” saqqız marmeladı

“Azov” qənnadı fabrikinin istehsalı olan “Crazy Party” saqqız marmeladı sizə müxtəlif meyvələrin, içəcəklərin dadını xatırladacaq. Bağlamanın içindəki kiçicik Coca Cola butulkası formalı çiyələk, başqa meyvə və giləmeyvələrin dadını xatırladan saqqız marmelad yer alır. Məhsulun əsas özəlliyi budur ki, dişlərə yapışmadığı onu üçün çeynəmək asandır. Bildirək ki, “Azov” şirkəti Azərbaycan bazarında çoxlu şirniyyat məhsulu ilə təmsil olunur. […]
Daha ətraflı

“Fiorella”

Yerli “Şirin” brendinə məxsus şirniyyatlar içərisində “Fiorella” konfeti ayrıca yer tutur. Krem içlikli və qovrulmuş fındıqdan ibarət olan bu konfetin üzəri şokoladla örtülüb. “Fiorella”nı yeyərkən içindəki bütün nemətlərin dadlarını aydınca hiss edəcəksiniz.
Daha ətraflı

Halva

Azərbaycan bazarında “Azovskaya” qənnadı fabrikinin bir neçə çeşiddə günəbaxan halvası yer almaqdadır. Bu məhsulların hər birinin özünəməxsus dadı, özəlliyi var. Onlardan biri də araxisli günəbaxan halvasıdır. Halvanı çeynəyəndə siz bunu hiss edəcəksiniz. Çeynəmə zamanı yüngül xırçıltı sizə ənənəvi halva dadını və qoxusunu xatırladacaq. Xoş ətir, unudulmaz şirinlik dad anlayışınızı yeniləyəcək.  Bu halvanın tərkibində çoxlu B qrup vitaminləri var. […]
Daha ətraflı

“Yummi Gummi” jeleli, kiçik ayı konfetləri

Ukraynanın “Roshen” qənnadı fabrikinin istehsalı olan “Yummi Gummi” seriyasından olan növbəti konfeti təqdim edirik. Jeledən düzəldilmiş, kiçik ayı fiqurlarından ibarət “Yummi Qummi mini bear mix” konfetinin içində bəkməz, jelatin, nəmləndirici sorbitol siropu, turşuluq tənzimləyicisi, süd və limon turşularının qarışığı, konsentrat şirələr,  alma, albalı, limon, yaban mersini, çiyələk, portağal, ləzzətləndiricilər, şirələndirici arı mumu və s. yer […]
Daha ətraflı

Günəbaxan yağları

Hazırda “Aqro-Vest DC” MMC “Sloboda”, “Lyubino” və “Zade” brendlərinə məxsus günəbaxan yağlarını yerli istehlakçılar üçün ölkəmizə idxal edir. Günəbaxan yağı milli mətbəximizdə geniş istifadə olunur. Bu yağ immun sistemini gücləndirir, yaşlanmanı gecikdirir və qaraciyərin işinə yaxşı təsir edir. Sözügedən yağın zərəri demək olar ki, yoxdur. Bu yağdan ən faydalı istifadə qaydası onun salatlara əlavə olunmasıdır. […]
Daha ətraflı