“Alyonka” pirojnası

“Alyonka” pirojnası şokolad şirəsi ilə örtülmüş ətirli və zərif şirniyyatdır. O, klassik, yüngül vanil ətirli və kakao dadı olan tünd şokoladlı pirojnadır.

Məhsulun içərisində əriyən şokolad kreminin nazik təbəqəsi var. Qlazurun xırtıldayan qabığı pirojnanın zərif şokolad-vanil dadını tamamlayır, həm kofe, həm də çayla yaxşı qəbul edilir.

Bildirək ki, “Krasnıy Oktyabr” qənnadı fabrikinin istehsalı olan “Alyonka” məhsulları ölkəmizdə də sevilir. Yazılanlara görə, Alyonka şirkət sahibinin qızı imiş və körpə çağında həyatını itirib. Bundan sonra ata öz qızının xatirəsinə “Alyonka” adlı məhsulun istehsalına başlayıb.

Şərh bildir