“Sloboda” ketçupları

29.12.2022

“Sloboda” ketçupları

 Yeməklərin dadına dad qatan souslardan biri də ketçupdur. Bu məhsul müxtəlif qızartmalar, kabablar, salatlar, hər növ qəlyanaltılar, isti yeməklər, özəlliklə vermişel, makaronla birgə yeyilir.

Ölkəmizə idxal etdiyimiz qida məhsulları içərisində ketçuplar ayrıca yer tutur. Misal olaraq, “Sloboda” ticarət nişanı altında iri supermarketlərdə müştərilərə bu brendin 6 çeşiddə, müxtəlif çəkili ketçupunu təqdim edirik. Bura tomatlı, ədviyyatlı və qızartmalıq ketçuplar daxildir.

Başqa yeməklər kimi, ketçupun da insana bir çox xeyiri var. Onun birinci faydası az kalorili olmasıdır.  Məsələn, 1 yemək qaşığı ketçup 15 kaloridən ibarətdir.  Bu göstərici sağlamlığa tam uyğundur.

Ketçupun başqa bir özəlliyi yağsız olmasıdır. Onun bu faydası bədəni ürək-damar xəstəliklərinə səbəb olan  doymuş yağlardan təmizləyir.

Karbohidratlara gəlincə, hər qaşıq ketçupda 4 qramdan az karbohidrat var.

Ketçup həm də zəngin A vitamini qaynağıdır.  Adıçəkilən vitamin dəri, diş və sümük sağlamlığı üçün faydalıdır.

Bütün bu xeyrinə görə ketçup dünyanın ən məşhur sousu sayılır.

Tarixi faktlara görə, ketçupun vətəni Malayziyadır.  18-ci yüzilin əvvəllərində dənizçilər bu ləzzətli sousu Avropaya aparıblar və sonra ketçup buradan dünyaya yayılıb.

Bu sevimli yeməyin tərkibinə gəlincə, o əsasən pomidor, turş alma, soğan, şəkər tozu, sarımsaq, duz, alma sirkəsi və istiotdan ibarətdir.

Sizə “Sloboda” ketçuplarını dadmağı tövsiyə edirik.

Xəbərlər

1 / 323
AZ EN RU