“Ahmad tea” çayı

“Ahmad tea” dünyaca məhşur çay brendlərindən biridir və keyfiyyətli məhsulları ilə tanınır. Şirkət ənənəvi çay mədəniyyətini müasir texnologiyalarla birləşdirərək istehlakçılara yüksək keyfiyyətli çay təklif edir.

Eyniadlı şirkət İngiltərədə 1986-cı ildə qurulub və yaradıldığı gündən yüksək keyfiyyət standartlarını əsas götürərək qlobal çay bazarında önəmli mövqeyə sahib olub. Hazırda “Ahmad tea” məhsulları dünyanın 80-dən çox ölkəsində satılır ki, onlardan biri də Azərbaycandır. Şirkətimiz bu ilin əvvəlindən məşhur markanın ölkəmizdə distribüterliyini həyata keçirir.

“Ahmad tea” geniş çay məhsulları ilə tanınır. Əsas kateqoriyalar aşağıdakılardır:

Qara çay – klassik (ingilis ) çayları daxil olmaqla müxtəlif ətirli və saf qara çaylardır. Bunların içərisində ən məşhurları, “Ahmad tea Special blend tea”, “Ahmad tea english tea no.1”, “Ahmad tea Earl grey tea”, “Ahmad tea Ceylon std 303 tea” və “Ahmad tea englısh breakfast tea” çaylarıdır.

Bitki və meyvə çayları – təbii otlardan və meyvələrdən hazırlanan sağlamlıq üçün faydalı çaylar.

Çay qarışıqları – sitrus, berqamot və digər ətirli qarışıqlarla zənginləşdirilmiş xüsusi çay növləri.

Yaşıl çay – yüngül və təravətləndirici yaşıl çaylar.

 

Şərh bildir