“Toffee Fruit”

14.06.2023

“Toffee Fruit”


 “Azovskaya” brendinə məxsus “Toffee Fruit” iris konfeti sizə Sovet dönəmi şirniyyatlarının dadını xatırladacaq. O dönəmlər iris konfeti təkcə uşaqların deyil, hər kəsin sevdiyi bir şirniyyat idi.

Azovskaya Qənnadı Fabriki indi də həmin ənənəni yaşadaraq meyvə içlikli cürbəcür irislər istehsal edir. Üç meyvə çeşidinin – albalı, şaftalı, qarağatın dadını daşıyan zərif, tez əriyən və kremli bu irislər bütün ailə üçün şirin bir təamdır.

Qeyd edək ki, Azovskaya Qənnadı Fabriki Rusiyada iri kozinak, halva, Şərq şirniyyatı və təbii qənnadı məmulatları istehsalçılarından biridir.

Adıçəkilən şirkət Azərbaycan bazarında çoxlu şirniyyat məhsulu ilə təmsil olunur. Bura meyvə tərkibli karamellər, jele və süd içlikli konfet-şokoladlar, eləcə də günəbaxan, küncüt tərkibli kozinaklar, günəbaxan, yerfındığı halvaları və bu kimi başqa şirniyyatlar daxildir.

Xəbərlər

1 / 338
AZ EN RU