Tədbirlər

Əməkdaşlarımız Bakı Ekspo Mərkəzində təşkil olunan sərgiləri ziyarət ediblər

Mayın 18-də “Aqro-Vest DC” MMC-nin bir qrup əməkdaşı dünən Bakı Ekspo Mərkəzində açılışı olan XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgilərini ziyarət edib. Əməkdaşlarımız qida sənayesində fəaliyyət göstərən, sərgi iştirakçısı şirkətlərlə tanış olmuş, işbirliyi imkanlarını müzakirə etmişlər. Bildirək ki, hər il olduğu kimi, bu il də sərgilərə […]
Daha ətraflı

Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirilib, məzarı ziyarət olunub

Mayın 9-da “Aqro-Vest DC” MMC-nin kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyilə bağlı tədbir keçirib. Tədbir iştirakçıları öncə böyük dövlət adamı H.Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Toplantını giriş sözüylə şirkətin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.Qaliboğlu açaraq XX əsər Azərbaycan siyasəti, tarixi, eləcə də ictimai həyatında ayrıca yeri və xidmət olan böyük […]
Daha ətraflı

28 Apreli unutmuruq

Bu gün Azərbaycan dövlətçiliyi, eləcə də xalqımızın tarixində faciəli günlərdən biridir. 1920-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra Rusiya İmperiyası tərəfindən işğal edildi. 70 il davam edən bu işğal xalq olaraq bizə dəhşətli faciələr yaşatdı: Zəngəzur ermənilərə verildi, onlar üçün Qarabağda muxtariyyət yaradıldı, dilimiz, mədəniyyətimiz, dəyərlərimiz yasaqlandı, sərvətlərimiz talandı, dünyada özümüzü […]
Daha ətraflı

“Heydər Əliyev Kuboku” futbol çempionatı keçiriləcək

Mayın 20-də “Agro-Vest DC” MMC-nin Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev Kuboku” futbol çempionatı başlayacaq. Üçüncü dəfə keçirilən çempionata qatılmaq istəyən əməkdaşlar aşağıdakı qaydalara əsasən müraciət edə bilərlər. Tərkibində minimum 8, maksimum 10 nəfər olan istənilən komanda qeydiyyatdan keçə bilər. Bunlardan 1 nəfəri qapıçı olmalıdır. Qeydiyyat vərəqələri 10.05.2023-cü il tarixinə qədər İnsan ResurslarıDepartamentinə verilməlidir. […]
Daha ətraflı

Ramazan bayramınız mübarək

Hörmətli həmkarlar, əziz “Aqro-Vest DC” MMC-nin əməkdaşları! Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik! Ramazan bayramı yüzillərdir İslam dünyası ilə yanaşı, ölkəmiz, xalqımız tərəfindən də qeyd olunur. Bu ay insanın öz nəfsinə hakim olması, nöqsanlardan qurtulması, özünü təkmilləşdirməsi, kamilləşdirməsi, Allaha həsr etməsi ayıdır. Ramazan bir aylıq oruc və ibadətdən sonra insanın mənəvi rahatlıq […]
Daha ətraflı

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

1918-ci il martın 31-də ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımdan 105 il ötür.  “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər 1905-1907-ci illərdə Azərbaycan türklərinə qarşı açıq şəkildə genişmiqyaslı qanlı qırğınlar həyata keçirdilər. Daha sonra Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında gerçəkləşdirməyə nail oldular. 1918-ci ilin mart ayından əks-inqilabçı […]
Daha ətraflı

Şirkətimizdə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

Bu gün “Aqro-Vest DC” MMC-də 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözüylə şirkətin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Soltan Qaliboğlu açaraq bu günün tarixindən, onun dünyada qadın həmrəyliyi və hüquqlarının qorunması bayramına çevrilməyindən söz açıb. Bildirilib ki, bu bayramın kökü XIX yüzilə gedib çıxsa da, dünyada geniş şəkildə ötən əsrin 70-ci […]
Daha ətraflı

Şirkətimizdə Xocalı tədbiri keçirilib, “Ana harayı” abidəsi ziyarət edilib

Fevralın 24-də “Aqro-Vest DC” MMC-də Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözüylə şirkətin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Soltan Qaliboğlu açaraq bu qanlı faciənin baş vermə səbəblərindən danışıb. O vurğulayıb ki, Xocalı faciəsi Azərbaycanın müstəqilliyinin ilk aylarında aldığı dəhşətli yaralardan biridir. Ermənilərin məqsədi […]
Daha ətraflı

“Aqro-Vest DC” şirkəti Türkiyədə zəlzələdən zərər çəkənlərə 300 000 türk lirəsi məbləğində yardım etdi

Fevralın 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ  hər birimizi dərindən sarsıdıb. Dağıntılar altında qalan minlərlə insanın xilas edilməsi üçün Azərbaycan hər cür fədakarlıq göstərməkdədir. Ölkəmiz Türkiyədən heç bir yardım istəyi gözləmədən öz qardaşının – türk millətinin ağır günündə ilk imdadına yetənlərdən olub. Azərbaycan hər gün dövlət və özəl şirkətlər səviyyəsində Türkiyəyə yardımlarını davam etdirir. […]
Daha ətraflı

“Slavyanskoe” süd məhsullarımızın reklamı yerli telekanallarda yayımlanır

Fevralın 1-dən şirkətimizə məxsus süd məhsulları üzrə özəl “Slavyanskoe” brendinin yerli telekanallarda reklamına başlanılıb. Sözügedən 30 saniyəlik video reklam çarxı ARB və ATV kanallarında gündə 4-5 dəfə yayımlanır. Video çarxda brendimizin simaları olaraq Cabir İmanov, Bəhram Bağırzadə və Yana Nikitina çəkiliblər. Reklam martın sonuna qədər davam edəcək. Qeyd edək ki, “Slavyanskoe” süd məhsulları artıq 10 […]
Daha ətraflı