Xəbərlər

Günəbaxan yağları

Hazırda “Aqro-Vest DC” MMC “Sloboda”, “Lyubino” və “Zade” brendlərinə məxsus günəbaxan yağlarını yerli istehlakçılar üçün ölkəmizə idxal edir. Günəbaxan yağı milli mətbəximizdə geniş istifadə olunur. Bu yağ immun sistemini gücləndirir, yaşlanmanı gecikdirir və qaraciyərin işinə yaxşı təsir edir. Sözügedən yağın zərəri demək olar ki, yoxdur. Bu yağdan ən faydalı istifadə qaydası onun salatlara əlavə olunmasıdır. […]
Daha ətraflı

“Djuster” konfetləri

“Azov” qənnadı fabrikinin məhsulu olan “Djuster” konfetləri nəinki rəngbərəng kağızlarda olmasıyla diqqəti cəlb edir, üstəlik, həm də içindəki meyvəli saqqız ləzzətilə yadda qalır. Şəkər, bəkməz, içməli su, alma püresi, limon turşusu, emulqator, jelatin, kök suyu qatılmış bu konfetləri saqqız kimi çeynəməklə “Banan”, “Kola”, “Duşes”, “Qarağat”, “Moruq”, “Limon” “Çiyələk”, “Albalı”, “Alma” dadlarını əldə edə biləcəksiniz. Hər […]
Daha ətraflı

“Korolevskiy Şarm”

“Korolevskiy Şarm” ərik və albalı içlikli vaflinin üstü tünd şokoladla örtülmüş ən dadlı konfetlərindən biridir. Bu şirniyyat əriyin və albalının giləmeyvə qoxusunu mükəmməl şəkildə bizə çatdırır. Belə birləşmə inanılmaz dərəcədə xoş bir dad qaynağıdır. İnanırıq ki, Ukraynanın AVK qənnadı fabrikinin məhsullarının heyranları bu gözəl şokolad örtüklü və meyvəli konfeti yüksək qiymətləndirəcəklər. Bu keyfiyyətli məhsulu yeyin, […]
Daha ətraflı

“Moloko Slavyanskoe naturalnoe” tetrapak südü

Günümüzdə süd, pendir və meyvə suları qablarının tetrapakdan hazırlanması geniş yayılıb. Hazırda tetrapak dünyada ən təhlükəsiz qida qablaşdırma üsuludur. Şirkətimizin süd məhsulları üzrə özəl “Slavyanskoe” brendi Azərbaycan istehlakçısına illərdir tanışdır. Bu brendə məxsus, ənənəvi slavyan qida emalı qaydalarına uyğun hazırlanan 4 çeşiddə, müxtəlif yağlılıq faizli, 1 litrlik “Moloko Slavyanskoe naturalnoe” tetrapak südü sağlam yeyinti məhsuludur. […]
Daha ətraflı

Yerkökü dadlı “Yummi Gummi”

Məşhur “Roshen” brendinə məxsus “Yummi Gummi carrot farm” məhsulu əsasən yerkökü dadlı yumşaq konfetdir. Konfet, həmçinin yerkökü və başqa meyvələrin (alma, şaftalı və manqo) orijinal birləşməsindən ibarətdir. Bu şirniyyat özəlliklə meyvə ətirli konfet həvəskarları üçün cəlbedicidir. Onu bütün supermarketlərdən əldə edə bilərsiniz.
Daha ətraflı

“Hello” biskvitləri yerli bazarda

Bugünlərdə Rusiyanın «Сибирская белочка» (“Sibir sincabı”) qənnadı fabrikinin ölkəmizə idxal etdiyimiz yeni məhsullarından olan “Hello” biskvitlərinin təqdimatı keçirilib. “Aqro-Vest DC” MMC-nin Marketinq departamentinin şirniyyat kateqoriyasının müdiri Müsayib İmanov satış komandasının üzvlərinə adıçəkilən yeni məhsulun özəlliklərindən söz açıb. Bildirilib ki, yumşaq, ağızda tez əriyən “Hello” biskvitləri bazara çiyələkli, moruqlu və qatılaşdırılmış südlü olmaqla üç çeşiddə çıxarılır. […]
Daha ətraflı

“Velvet Morning”

Krem və fındıq içlikli “Velvet Morning” konfeti  yerli “Şirin” brendinə məxsusdur. Krem və fındığın unikal dadı uzun müddət damağınızdan getməyəcək. Bildirək ki, “Şirin” brendinə məxsus bu qənnadı məhsulu ən yaxşı keyfiyyət göstəricilərinə cavab verən və yüksək səviyyəli müasir Avropa avadanlıqlarında istehsal edilir.
Daha ətraflı

Kozinak küncüt ilə

Rusiyanın “Azov” qənnadı fabrikinə məxsus 150 qramlıq küncütlü “Kozinak” şirniyyatın tərkibi başlıca olaraq qovrulmuş küncüt, dənəvər şəkər və nişasta siropundan ibarətdir. Kalium və maqneziumla zəngin olan küncüt ürək-damar sistemi üçün çox faydalıdır. Bu iki mineral ürəyin və damarların normal fəaliyyəti üçün qaçılmazdır. Xatırladaq ki, “Aqro-Vest DC” şirkəti yerli istehlakçılara Rusiyanın “Azov” brendinin bir neçə çeşiddə kozinaklarını təqdim edir. […]
Daha ətraflı

“Yummi Gummi banana land”

“Roshen”in “Yummi Gummi banana land” jele konfeti əsl bananı xatırladan parlaq sarı rəngə və xoş ətirə malik şirniyyatdır. Çox da şirin olmayan bu təbii jele bütünlüklə banan ləzzətinə bürünüb. Jeleli olması bu konfeti çeynəməyi  asanlaşdırmaqla yanaşı, insanda xoş hisslər yaradır. Konfetlər kiçik banan şəklindədir, bu da onları uşaqlar və böyüklər üçün cəlbedici edir.
Daha ətraflı

“Mintex+”

“Aqro-Vest DC” MMC-nin satış komandasına Ukraynanın məşhur “Roshen” qənnadı şirkətinin üç növdə “Mintex+” karamellərinin təqdimatı  keçirilib. Adıçəkilən karamellərin əsas tərkibi limon, nanə və qarağatdan ibarətdir. Ticari marketinq şöbəmizin əməkdaşıları hər üç məhsul haqqında satışçılara  “Mintex+”in özəlliklərilə bağlı bilgi veriblər. Sərt, ağızda geç əriyən “Mintex+” nəfəsinizi ardıcıl təravətli saxlamaq üçün ideal bir şirniyyatdır.
Daha ətraflı