“Candy Nut” – nuqalı, araxisli konfet

30.01.2023

“Candy Nut” – nuqalı, araxisli konfet


“Roshen”in şokoladlı konfet çeşidlərindən biri də nuqalı, araxisli “Candy Nut”dur. O həm dadı, həm də gözəl görünüşü ilə insanı cəlb edir. Yüksək səviyyəli dad və qablaşdırma məhsulu insana sevdirməyi bacarır.

“Candy Nut” konfetinin əsas kütləsini təşkil edən nuqa və yer fıstığı haqqında bir neçə cümlə yazmaq yerinə düşər.

Nuqa – şəkər, bal, yumurta ağı, badam, qoz, fıstıq, fındığa darçın, vanil kimi ədviyyatlar qatılaraq düzəldilən bir konfet növüdür.

Bizim də milli mətbəximizdə bu şirniyyata rast gəlinir. Nuqa Güney Azərbaycanda, özəlliklə Təbrizdə daha çox hazırlanmaqda, sevilməkdədir.

Araxisə gəldikdə isə, ölkəmizdə də becərilən bu faydalı bitkini tanımayan yoxdur. Onun tərkibi insan sağlamlığı üçün xeyirli olan çeşidli mikroelementlərlə zəngindir. Bir çox xəstəliklərin dərmanı, əvəzedilməz güc qaynağıdır.

Ukraynadan ölkəmizə gətirdiyimiz bu şokoladlı konfeti istənilən supermarketdən əldə edə bilərsiniz.

“Candy Nut” – çay içmək üçün əla ləzzət!

News

1 / 322
AZ EN RU