“Myasnaya” kolbasasına endirim olacaq

16.12.2022

“Myasnaya” kolbasasına endirim olacaq

 Yeni il bayramı ilə əlaqədar olaraq bu ayın 22-dən “Firmennaya” bişmiş kolbasasının “Myasnaya” çeşidinə dərin endirim tətbiq olunacaq. Məhsulun qiyməti 7 manat 99 qəpikdən 4 manat 99 qəpiyə düşəcək.

Endirim aksiyası gələn il yanvarın 4-dək davam edəcək. Adıçəkilən endirimli məhsul yalnız bir iri mağazalar şəbəkəsində satışa çıxarılacaq.

Bildirək ki, Rusiyanın məşhur «Царицыно» şirkətlər qrupuna məxsus  “Firmennaya” bişmiş kolbasası bu ilin iyul ayından ölkəmizə gətirilməkdədir. Hazırda Azərbaycan bazarında bu kolbasanın 4 çeşidi satışdadır.

«Царицыно» şirkətlər qrupu 1970-ci ildə təsis edilib. Şirkətlər qrupu kolbasa və ət məhsullarının istehsalı ilə məşğul olan 3 zavoddan ibarət yüksək texnoloji müəssisədir. Burada istehsal edilən məhsulların çeşidi 500-dən çoxdur.  

2017-ci ildə “Agro-Vest DC” MMC adıçəkilən şirkətlə onun məhsullarının ölkəmizdə distribusiya edilməsinə dair müqavilə imzalayıb.

Новости

1 / 322
AZ EN RU