Barıt yaşıl çayı: qədim ənənə və müasir dadın vəhdəti

Çində Tan sülaləsi dövründən bəri dəyərli hesab edilən barıt yaşıl çayı bu gün də dünyada populyarlığını qoruyur.

“Ahmad tea” çayın 100 qramlıq “Gunpowder Green tea” (Barıt yaşıl çay) çeşidini bütün yerli supermarketlərdən əldə edə bilərsiniz.

Ayrıca emal üsulu ilə seçilən bu çayda yarpaqlar xırda kürəciklər şəklində bükülərək qurudulur, nəticədə dad və ətir daha yaxşı saxlanılır.

Bu üsul çayın həm daşınma zamanı davamlılığını artırır, həm də dəmlənərkən zəngin və güclü dadın üzə çıxmasını təmin edir.

“Barıt” adı da məhz yarpaqların barıt dənələrinə bənzər formasına oxşadılmasından yaranıb.

Mütəxəssislər çayın 85°C temperaturda dəmlənməsini tövsiyə edir. Antioksidantlarla zəngin olan bu çayın həzmi dəstəklədiyi və günün istənilən vaxtında rahatlaşdırıcı təsir göstərdiyi sübut olunub.

 

Şərh bildir