Arpa yarması

Fiziki baxımdan güclü və sağlam olmaq istəyirsinizsə, sizə təklif etdiyimiz bu məhsulu tükətməyə başlayın. Söhbət arpa yarmasından gedir. Arpa insanın əkib-becərdiyi ən qədim bitkilərdəndir.

Ölkəmizə idxal etdiyimiz yemək məhsulları içərisində arpa yarması da var. Bu, məşhur “Makfa” şirkətinin istehsalı olan 800 qramlıq arpa yarmasıdır.

Qeyd edək ki, bu yarma arpa dənələrinin qabıqdan çıxarılmış və bişirilməyə hazır halıdır. Yarmadan başlıca olaraq şorba və sıyıqların hazırlanmasında istifadə edilir.

Mütəxəssislərin fikrincə, arpa yarmasının tərkibi dəmir, kalium, kalsium, sink, marqans, molibden, kolbat kimi mikroelement və vitaminlərlə zəngindir. Onun tərkibində olan fosfor, B, A, D, E, PP vitaminləri orqanizm üçün çox faydalıdır.

Bildirək ki, 2016-cı ildə “Aqro-Vest DC” MMC ilə Rusiyanın “Makfa” fabriki arasında makaron, un və dənli bitki məhsullarının ölkəmizdə distribusiya edilməsi hüququnu təqdim edən müqavilə imzalanıb.

Beləliklə, dadlı yeməklərinizi “Makfa”nın arpa yarmasından hazırlayın.

Şərh bildir