28 May Müstəqillik Günü ilə bağlı tədbir keçirilib
Mayın 26-da “Aqro-Vest DC” MMC-nin akt zalında 28 May Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. Toplantı iştirakçıları öncə Azərbayacan Xalq Cümhuriyyətinin (AXC) fədakar qurucularını bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözüylə açan şirkətin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev bildirib ki, xalqımız fədakar babalarımızın 28 May 1918-ci ildə qurub bizə miras qoyduğu AXC-nin 105 illiyini […]












