Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-ci illiyi

10.05.2022

Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-ci illiyi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümü ilə əlaqədar "AQRO-VEST DC" MMC şirkətində anım tədbiri
keçirilmişdir. Tədbirin əvvəlində Ümummilli liderin xatirəsi bir dəqiqəlik
sükütla yad olunmuşdur.
Heydər Əliyev Azərbaycan xalqının tarixi şəxsiyyətlərindən biri
olmaqla, həyatını Azərbaycan Respublikasının suverenliyi və inkişafına
həsr etmişdir.Azərbaycan Respublikasını və Azərbaycan xalqının haqq
səsini dünyada tanıtmışdır.
Tədbirdə iştirak etmiş şirkətimizin Hüquq Departamentinin rəhbəri
Natiq Qasımov çıxışında: “Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi,
beynəlxalq nüfüzunun güclənməsi, iqtisadiyyat, elm, mədəniyyət və digər
sahələrdə inkişafın təmin edilməsində böyük rolu olan Ümümmilli lider
Heydər Əliyevin xidmətləri Azərbaycan xalqının qəlbində daima
yaşayacaq, onu minnətlə anacaqdır. Daima ona olan məhəbbət, sevgi
dünya durduqca davam edəcək və Azərbaycan xalqının qəlbində əbədi
çiçəklənəcəkdir.”
Eyni zamanda tədbirdə çıxış edən Marketinq Departamentinin rəhbəri
Tural Məmmədov: “Ulu Öndər Heydər Əliyev Azərbaycanda sahibkarlıq
mühitinin formalaşmasında, yerli şirkətlərin yaradılmasında öz tövhəsini
vermişdir. Biz bugündə Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq
qalaraq Azərbaycan Respublikasının prezidenti,Cənab İlham Əliyevin
ətrafında sıx birləşərək ölkə iqtisadiyyatının inkişafında yorulmadan
çalışırıq.” 

Xəbərlər

1 / 337
AZ EN RU