18 Oktyabr – Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

18.10.2023

18 Oktyabr – Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32-ci ili tamam olur.

1991-ci il oktyabrın 18-də ovaxtkı Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

 Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

 Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

 Bu gün hər il bayram kimi qeyd olunan iş günüdür. 

Xəbərlər

1 / 338
AZ EN RU