Komandamız rəqibini 1:0 hesabı ilə məğlub etdi

08.04.2024

Komandamız rəqibini 1:0 hesabı ilə məğlub etdi

Paytaxtımızda futbol üzrə iki qrupda mübarizə aparan 22 komandadan ibarət “Fire League Business Cup”un oyunları davam edib.

Dünən yarışların VIII turu Yasamal rayonundakı “Sportster” idman kompleksində baş tutub.

Şirkətimizi təmsil edən “Aqro-Vest” komandası gərgin keçən qarşılaşmada rəqibi “Zeytunpham”ı 1:0 hesabı ilə məğlub edib.

Komandamız “Fire League Business Cup”un oyunlarının bitməsinə 3 həftə qalmış qrupdan çıxmağı təsdiqləyib. Turnirdə B qrupunda iştirak edən komandamız 11 komanda içində ilk pillələrdə qərarlaşır. Qeyd edək ki, 1/8 final oyunları  may ayının 5-i start götürəcək.

Bu münasibətlə baş məşqçimiz Fərid Atakişiyev başda olmaqla bütün komandamızı təbrik edirik.

Xəbərlər

1 / 338
AZ EN RU